xebermen.az

ABŞ kəşfiyyatı Xameneinin oğlunu izləyir

5-03-2026, 10:01

 

Ağ Evin mətbuat katibi Kerolayn Levitt İranın mərhum ali rəhbəri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin İranın yeni ali lideri seçilməsi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.

O, ABŞ kəşfiyyat orqanlarının İranın yeni ali rəhbərinin seçilməsi prosesini izlədiyini söyləyib.

"Kəşfiyyat orqanlarımız bunu yaxından izləyir və araşdırır. Nə baş verəcəyini gözləməli olacağıq", - deyə Levitt qeyd edib.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərə görə, ekspertlər şurası çərşənbə günü səhər tezdən Müctəba Xameneini yeni ali rəhbər elan etməyə hazırdır. Lakin bəzi şura üzvləri bu seçimin onu ABŞ və İsrail hücumlarının hədəfinə çevirəcəyindən narahatdırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930