xebermen.az

ABŞ İranla müharibəyə hər gün sərvət xərcləyir - İnanılmaz rəqəm

5-03-2026, 09:54

 

ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı əməliyyatlar təkcə hərbi deyil, həm də iqtisadi nəticələr göstərməyə başlayıb.

Mütəxəssislərin ilkin hesablamalarına görə, əməliyyatların ilk 24 saatında istifadə edilən sursat, qırıcı təyyarələrin uçuşlarının dəyəri və bölgəyə hərbi göndərişlər milyardlarla dollar xərclənib.

Qeyd olunub ki, ABŞ ordusu İrana qarşı hərbi əməliyyatın ilk 24 saatında təxminən 779 milyon dollar xərcləyib.

Eyni zamanda təyyarələrin və onlarla dəniz gəmisinin bölgədə yerləşdirilməsi əlavə 630 milyon dollara başa gəlib. Regiondakı hər bir təyyarədaşıyan qrupunun gündəlik istismar xərcləri təxminən 6,5 milyon dollardır. İlk gündən bəri ümumi xərc təxminən 2.276.000.000 dollar təşkil edib.

Vurğulanıb ki, müharibənin saatlıq dəyəri 9,16 milyon dollar, gündəlik dəyəri isə təxminən 220 milyon dollardır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930