NATO-dan İranın Türkiyəyə ballistik raket atmasına - Reaksiya
NATO İranın Türkiyəyə yönəlmiş hücumlarını pisləyib.
NATO-nun sözçüsü Allison Hart alyansın bütün üzvlərinə dəstəyini bir daha təsdiqləyib.
“Hərbi hücumlar davam edərkən NATO Türkiyənin yanındadır. İran bölgədə qeyri-seçici hücumlarını davam etdirir”, - deyə Hart bildirib. O əlavə edib ki, NATO-nun xüsusilə hava və raket müdafiəsi sahəsində təsir və müdafiə mövqeyi güclü olaraq qalır.
Xatırladaq ki, Türkiyənin hava məkanına yönələn ballistik raket vurulub. İran ərazisindən atılan raket Suriyanın hava məkanında zərərsizləşdirilib. İtki yoxdur. Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: