xebermen.az

Liviya sahilindən pilotsuz qayıqlar buraxıldı, Rusiya gəmisi vuruldu – 30 dənizçi...

4-03-2026, 17:59

 

Rusiyanın qaz daşıyıcısı olan “Arctic Metagaz” gəmisi Aralıq dənizində hücuma məruz qalıb.

 Rusiya Nəqliyyat Nazirliyi hücumu təsdiqləyib. Nazirliyin məlumatına görə, hücum 3 martda Malta ərazi suları yaxınlığında baş verib. Gəmidə 30 heyət üzvü olub və hamısı Rusiya vətəndaşıdır.

Hücum pilotsuz qayıqlar tərəfindən həyata keçirilib.

Nazirlik bildirib ki, gəmi Murmanskdan beynəlxalq qaydalara uyğun olaraq rəsmiləşdirilmiş yüklə hərəkət edirmiş. Agentliyin məlumatına görə, hücum Liviya sahillərindən pilotsuz qayıqlardan istifadə etməklə həyata keçirilib.

Bəyanatda Rusiya və Malta xidmətlərinin birgə işi sayəsində "Rusiya vətəndaşları olan 30 ekipaj üzvünün hamısının xilas edildiyi" vurğulanıb.

“Biz hadisəni beynəlxalq terrorizm və dəniz piratçılığı aktı, beynəlxalq dəniz hüququnun fundamental normalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk”, - nazirliyin açıqlamasında deyilir.

Rusiya Nəqliyyat Nazirliyi beynəlxalq ictimaiyyəti hadisəni qiymətləndirməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031