xebermen.az

Suriya sərhədə raket bölmələri göndərdi - Nə baş verir?

4-03-2026, 12:24

 

Suriya Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda müdafiə məqsədilə Livanla sərhədə minlərlə hərbçi göndərib.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, regiondakı münaqişənin, o cümlədən İsrail və Livanda "Hizbullah" arasındakı qarşıdurmanın genişlənməsi səbəbindən Suriya Livanla sərhədini raket bölmələri və minlərlə hərbi qulluqçu ilə gücləndirib.

Suriya mənbələri agentliyə bildiriblər ki, silah və narkotik qaçaqmalçılığının, habelə yaraqlıların Suriyaya sızmasının qarşısını almağa yönəlmiş təhlükəsizliyin gücləndirilməsi tədbirlərinin icrasına hələ fevral ayında başlanılıb. Lakin son günlərdə bu səylər daha da sürətləndirilib.

Agentliyin mənbəsinin sözlərinə görə, əlavə qüvvələrin tərkibinə piyada bölmələri, zirehli texnika və yaxın mənzilli raket qurğuları daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930