xebermen.az

İrandan Azərbaycana qaçan 117 nəfər təyyarə ilə bu ölkəyə çatdırıldı

4-03-2026, 12:22

 

İrandan Azərbaycan vasitəsilə yola düşən vətəndaşları daşıyan təyyarə Moskva yaxınlığındakı "Jukovski" hava limanında enib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, çərşənbə günü gecə Azərbaycandan uçan İl-76 təyyarəsində 54-ü uşaq olmaqla 117 nəfər olub.

Qeyd edək ki, ruslar əvvəlcə İran sərhədini Azərbaycanla quru sərhəd-keçid məntəqələrindən keçiblər. Daha sonra onlar Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Moskvaya çatdırılıb.

Uçuş zamanı insanları "Centrospas" axtarış-xilasetmə qrupunun həkimləri, eləcə də Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin mütəxəssisləri müşayiət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930