xebermen.az

ABŞ-də qalmaqal: "ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər

4-03-2026, 12:18

 

ABŞ-də "OpenAI" şirkətinin Hərb Nazirliyi ilə rəsmi müqavilə imzaladığı barədə məlumat yayıldıqdan sonra "ChatGPT" mobil tətbiqinin silinmə sayında rekord artım qeydə alınıb. Bir gün ərzində tətbiqin silinmə göstəricisi 295 faiz yüksəlib.

Bu statistika "Sensor Tower"in hesabatına istinadən "TechCrunch" nəşri tərəfindən paylaşılıb.

İstifadəçilərin bu reaksiyası rəqib platformaların göstəricilərinə də təsirsiz ötüşməyib. "OpenAI"nin açıqlamasından dərhal sonra ABŞ-də "Anthropic" şirkətinə məxsus "Claude" tətbiqinin yüklənmə sayında 37 faiz artım müşahidə olunub. Bundan əlavə, "Anthropic" Pentaqonla əməkdaşlıq etməyəcəyini bəyan etdikdən sonra yükləmələrin sayı daha 51 faiz artıb.

Şirkət bu qərarını alqoritmlərinin amerikalılara qarşı casusluq məqsədilə istifadə olunması riskləri səbəbindən müqavilə şərtlərini qəbul edə bilməməsi ilə əsaslandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930