xebermen.az

Əli Əsədov qərar imzaladı

3-03-2026, 16:13

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Prezident fərmanının icrası məqsədilə yeni qərar qəbul edib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bir sıra normativ hüquqi aktlarda dəyişikliklər edilib. Belə ki, icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 200 metr radiusda kütləvi tədbirlərin keçirilməsinə dair qaydaları müəyyən edən sənəddə düzəliş aparılıb. Dəyişikliyə əsasən, “Prezidentinin Təhlükəsizlik” ifadəsi “Dövlət Mühafizə” ifadəsi ilə əvəz olunub.

Bundan əlavə, əmək pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları, dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi, həmçinin sığorta haqlarının hesablanması və uçotu ilə bağlı digər normativ sənədlərdə də analoji dəyişikliklər həyata keçirilib.

Qərarla həmçinin “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi və strukturunun təsdiqinə dair 2014-cü il tarixli sənəd ləğv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031