xebermen.az

Azərbaycanlılar Zəngəzura axın edəcək - İran müharibəsində nə baş verə bilər?

3-03-2026, 16:12

 


İran müharibəsinin Ermənistan üçün hansı mənfi nəticələri ola bilər?

“Caucasian Review” mərkəzinin "Telegram" kanalında müharibənin Ermənistana mümkün təsirləri haqda məqalə yayımlanıb.

Məqalədə qeyd olunur ki, İrana bir neçə həftə davam edə biləcək hücumlar Tehranı danışıqları davam etdirməyə, yaxud təslim olmağa məcbur edə bilər: “Yuqoslaviya ssenarisi”nə görə rejimin dəyişməsi də baş verə bilər. “Liviya ssenarisi”nə görə İran ərazisində uzunmüddətli etnik-siyasi münaqişə yarana bilər. Yaxud “Suriya ssenarisi” üzrə İran parçalanma riski ilə üzləşə bilər. Bütün hallarda Ermənistan üçün ciddi risklər var”.

Məqalədə bildirilir ki, əsas problemlərdən biri qaçqın axınının yaşanmasıdır.

“İrandan Ermənistana çoxlu sayda qaçqın axını olacaq, eyni axın Azərbaycana da ola bilər. Bu ssenaridə azərbaycanlıların Sünik (Zəngəzur) bölgəsinə qayıdışı baş verə bilər. Misal üçün, azərbaycanlılar kütləvi şəkildə Sünikə keçəcəklərsə, Azərbaycan və Türkiyə burada hərbi təhlükəsizlik zonası yaratmaq istiqamətində addım ata bilər”, - məqalədə iddia olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930