xebermen.az

“Mossad” İrana daxil oldu: Quru əməliyyatı keçirdi

3-03-2026, 16:11

 

İsrailin xarici kəşfiyyat xidməti “Mossad” xüsusi təyinatlı qüvvələrlə birlikdə İranda quru əməliyyatı keçirib.

Bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalı mənbələrə istinadən məlumat yayıb. Kanalın məlumatına görə, hadisələr 2026-cı il martın 1-dən 2-nə keçən gecə baş verib. Lakin İsrail hökuməti, İsrail Müdafiə Qüvvələri və ya İran hakimiyyəti tərəfindən rəsmi təsdiqlənməyib. İsrail hakimiyyəti bununla bağlı heç bir şərh verməyib.

“Əl-Ərəbiyyə” əməliyyatın məqsədlərini, iştirakçıların sayını və ya mümkün nəticələrini açıqlamayıb. Həmçinin əməliyyatların keçirildiyi iddia edilən İran bölgəsinin adını da açıqlamayıb.

Bu açıqlama İsrail və İran arasında 2026-cı ilin fevral ayının sonlarında başlayan böyük bir gərginlik fonunda verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031