xebermen.az

ABŞ bölgəyə yeni qüvvələr göndərdi və xəbərdarlıq etdi: Daha dəhşətli olacaq

3-03-2026, 16:11

 

Kapitoli təpəsində jurnalistlərə danışan dövlət katibi Marko Rubio Trampın döyüşlərin davam edəcəyi ilə bağlı sözlərini təkrarlayaraq, "ən ağır zərbələrin hələ ABŞ ordusundan gəlmədiyini" söyləyib.

 Rubio Konqresin yüksək vəzifəli üzvləri ilə keçirilən məxfi brifinqdən əvvəl vəd edib ki, "Növbəti mərhələ İrana qarşı indikindən daha sərt olacaq".

Dövlət katibi bildirib ki, ABŞ İranın ballistik raket imkanlarını məhv etmək də daxil olmaqla, məqsədlərinə çatana qədər ona zərbələr endirməyə davam edəcək. O, bunun üçün bölgəyə əlavə qüvvələrin göndərildiyini də qeyd edib.

Son üç gündə ABŞ və İsrail minlərlə hava hücumu həyata keçirib, yüzlərlə insan həlak olub.

İran buna İsrailə, bölgədəki Amerika bazalarına və Fars körfəzindəki və ondan kənardakı ABŞ müttəfiqlərinə dron və raketlər atmaqla cavab verib.

Hakimiyyət orqanlarının məlumatına görə, İsraildə və Yaxın Şərqdəki bir neçə başqa yerdə baş verən cavab hücumları nəticəsində ən azı 10 nəfər həlak olub.

ABŞ ordusunun Mərkəzi Komandanlığı bazar ertəsi günü daha iki amerikalı hərbçinin həlak olduğunu və ölənlərin sayının altıya çatdığını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930