xebermen.az

İrana hücum fevralın 21-də başlamalı imiş: Bu səbəbdən təxirə salınıb

2-03-2026, 15:13

 

ABŞ və İsrailin bir həftə əvvəl İrana hücum etməyi planlaşdırdığı, lakin əməliyyatın hava şəraiti də daxil olmaqla bir sıra kəşfiyyat və əməliyyat səbəblərinə görə təxirə salındığı bildirilib.

Bu barədə “Axios” ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ və İran arasında 17 fevralda Cenevrədə keçirilən danışıqların ikinci mərhələsi əhəmiyyətli irəliləyiş olmadan başa çatdıqdan sonra ABŞ və İsrail hərbi planlayıcıları 21 fevral şənbə günü hücuma keçməyə hazırlaşırıblar.

Amerika və İsrail rəsmiləri bildiriblər ki, sonradan bu planlar təxirə salınıb və bunun əsas səbəbi regiondakı pis hava şəraitidir.

Başqa bir mənbə gecikmənin əsasən Amerika tərəfindən idarə olunduğunu və İsrail Müdafiə Qüvvələri ilə daha yaxşı koordinasiya ehtiyacı ilə əlaqəli olduğunu bildirib.

Mənbələr danışıqların son ana qədər davam etməsinin səbəblərini də müxtəlif cür izah edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930