xebermen.az

Bu universitetdə yeni təyinatlar oldu

2-03-2026, 15:13


 

Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar olub.


Elmir Cəfərov Elektron Xidmətlərin Təşkili və İnformasiya Mərkəzinin direktoru, Arzu Əsgərov Keyfiyyətin təminatı şöbəsinin, Abdulla Fərzəlizadə isə Təsərrüfat və təchizat şöbəsinin müdiri vəzifələrinə təyin ediliblər.


Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar


Elmir Saleh oğlu Cəfərov 08.03.1982-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Universitetinin beynəlxalq münasibətlər, 2005-ci ildə Gəncə Dövlət Universitetinin (GDU) Azərbaycanın yeni və ən yeni tarixi ixtisasını bitirib. 2005-2008-ci illərdə GDU-da Vətən tarixi ixtisası üzrə aspirantura təhsili alıb, tarix üzrə fəlsəfə doktorudur. Elmlər doktoru proqramı üzrə 5312.01 "Sahə iqtisadiyyatı" ixtisasında dissertantura təhsili alır.


2008-2011-ci illərdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında məsləhətçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2011-ci ildən Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent və elmi işlər üzrə dekan müavini vəzifələrində çalışıb. Hazırda İdarəetmə kafedrasının dosentidir.


Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar


Arzu Taryel oğlu Əsgərov 14.08.1996-cı ildə Goranboy rayonunun Xoylu kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinin dövlət və bələdiyyə idarəetməsi ixtisasının bakalavr, 2019-cu ildə isə regional idarəetmə ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.


Həmçinin, mübadilə proqramı çərçivəsində Türkiyənin Qaradəniz Texniki Universitetində təhsil alaraq "Student Certificate of Attendance", "Dijital Ekonomi Zirvesi 19" sertifikatlarına layiq görülüb.


2020-ci ildən Azərbaycan Texnologiya Universitetinin İnzibati idarəetmə və kommersiya kafedrasında assistent vəzifəsində fəaliyyətə başlayıb, hazırda baş müəllimdir. 2023-cü ilin yanvar ayında Elektron Xidmətlərin Təşkili və İnformasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.


Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar


Abdulla Arif oğlu Fərzəlizadə 15.04.1991-ci il tarixində Zaqatala rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin dizayn ixtisası üzrə məzunu olub.


2017-2022-ci illərdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Gəncə şəhər 3 saylı Kadastr və Yer Quruluşu Layihə-Tədqiqat Mərkəzində VII dərəcəli mühəndis vəzifəsində çalışıb. 2022-ci ildən əmək fəaliyyətini Azərbaycan Texnologiya Universitetində Təchizat şöbəsinin müdiri, daha sonra Təsərrüfat və təchizat şöbəsinin müdir müavini vəzifəsində davam etdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930