xebermen.az

Uzunömürlülükdə genetika təxminən 25% rol oynayırmış: Bəs əsas təsir nədir?

2-03-2026, 10:02

 

Cenevrə və Lozanna universitetlərinin alimləri SWISS100 layihəsi çərçivəsində 100-105 yaşlı 39 nəfərin qan göstəricilərini 80 yaşlı şəxslər və 30-60 yaş arası iştirakçılarla müqayisə ediblər.

Tədqiqatın nəticələri "Aging Cell" jurnalında dərc olunub.

Araşdırma göstərib ki, 37 zülal üzrə uzunömürlülərin göstəriciləri 80 yaşlılarla müqayisədə daha üstün olub və gənc qrupun nəticələrinə daha yaxın çıxıb. Bu dəyişikliklər ümumi zülalların təxminən 5%-ni əhatə edir. Alimlərin fikrincə, bu, "qocalmamaq" deyil, müəyyən bioloji proseslərin ləngiməsi deməkdir.

Uzunömürlülərdə oksidləşdirici stres səviyyəsi aşağı, iltihab göstəriciləri zəif, maddələr mübadiləsi isə daha əlverişli profil ilə xarakterizə olunub. Tədqiqatçılar bildirirlər ki, uzunömürlülükdə genetika təxminən 25% rol oynayır, əsas təsir isə həyat tərzi və sosial amillərə məxsusdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031