İran Qətərə 65 raket atdı - 8 nəfər...
Qətərdə vurulmuş İran raketlərinin qalıqlarının düşməsi nəticəsində azı səkkiz nəfər yaralanıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, hadisə hava hədəflərinin hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən vurulması fonunda baş verib.
Qeyd edilib ki, İran istehsalı olan raketlərin qalıqları ölkənin müxtəlif rayonlarına düşüb. Nəticədə dörd yaralı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti "ağır" kimi qiymətləndirilir. Digər 4-ü ciddi xəsarət almayıb.
Qətər Müdafiə Nazirliyinin məlumatına görə, İran ölkə istiqamətində 65 raket atıb ki, onlardan ikisi ABŞ-ın aviabazasına çatıb. Qətər hökumətinin İnformasiya ofisi ölkə ərazisinə İran raketlərinin qalıqlarının düşməsi ilə bağlı 114 halın qeydə alındığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: