xebermen.az

Bu ölkə Aİ-yə üzv olma prosesini sürətləndirmək üçün yeni addım atdı

23-02-2026, 20:30

 

İslandiya 2027-ci ilə qədər Avropa İttifaqına (Aİ) qoşulma prosesini bərpa etmək üçün referendum keçirə bilər.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, ölkə parlamenti yaxın həftələrdə xalq səsverməsinin tarixini elan edəcək.

"Kağız üzərində bu, o qədər də çətin olmaz, bəlkə də yalnız bir il kifayət edər”, - deyə adı açıqlanmayan yüksək vəzifəli Avropa rəsmisi nəşrə bildirib.

Məlumata görə, əgər islandiyalılar referendumda avrointeqrasiyanı təsdiqləsələr, Şimali Avropa dövləti Aİ-yə digər namizədlərdən daha tez qoşula bilər.

Qeyd edək ki, İslandiya artıq 2009-cu ildə beynəlxalq iqtisadi böhrandan sonra Avropa İttifaqına üzv olmaq üçün müraciət edib. Lakin 2015-ci ildə ölkənin Xarici İşlər Nazirliyi bu müraciətin geri götürüldüyünü açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031