xebermen.az

Səfirlik Meksikadakı Azərbaycan vətəndaşlarına müraciət etdi

23-02-2026, 10:19

 

Azərbaycanın Mexikodakı səfirliyi Meksikada davam edən iğtişaşlarla bağlı bu ölkədəki vətəndaşlarımıza müraciət edib.

Müvafiq müraciət səfirliyin "X" sosial media hesabında paylaşılıb.

Bildirilib ki, Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq bu ölkədə səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.

"Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur", - diplomatik nümayəndəlikdən bildirilib.

Səfirliyin Konsulluq şöbəsinin qaynar xətt nömrələri də paylaşılıb: +52 5511 907 092 // +52 5555 404 109.

Qeyd edək ki, Meksikanın səkkiz ştatında dünyanın ən nüfuzlu narkobaronlarından biri – "Xalisko Yeni Nəsil" kartelinin "El Menço" ləqəbli liderinin məhv edilməsindən sonra iğtişaşlar başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031