xebermen.az

NASA Aya uçuş missiyasını təxirə saldı

22-02-2026, 11:04

 

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) texniki nasazlıqlar səbəbindən Ay missiyası üçün nəzərdə tutulmuş "Space Launch System" (SLS) daşıyıcı raketini "Orion" kosmik gəmisi ilə birlikdə Floridadakı start meydançasından yenidən yığım sexinə qaytaracaq.

Ötən gün SLS raketinin aralıq kriogen mühərrik mərhələsində heliumun verilişində pozuntular aşkarlanıb.

Qeyd edək ki, dörd astronavtın Ayın orbiti ətrafında dövrə vuracağı"Artemis II" missiyası martın 6-da işə düşməli idi. Lakin texniki problemlər səbəbindən bu tarix qeyri-müəyyən müddətədək təxirə salınıb.

NASA Artemis" layihəsini 2019-cu ilin yazında elan edib. Üç mərhələdən ibarət olan proqramın birinci mərhələsi (Artemis I") "Orion" pilotsuz kosmik gəmisinin Ay ətrafında uçuşunu və Yerə qayıdışını nəzərdə tuturdu. Bu uçuş 16 noyabr - 11 dekabr 2022-ci il tarixlərində həyata keçirilib. İkinci mərhələ ("Artemis II") ekipajlı uçuşla Ay ətrafında dövretməni, üçüncü mərhələ ("Artemis III") isə astronavtların Ay səthinə endirilməsini planlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930