xebermen.az

Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır

21-02-2026, 18:08

 

Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin toplantısı keçiriləcək.

Iclasda baxılacaq məsələlərdən biri də AMEA-nın keçmiş prezidenti, hazırda dövlətə xəyanət və s. ağır cinayətlərdə ittiham olunaraq ev dustağı edilmiş Ramiz Mehdiyevin qurumun həqiqi üzvlüyündən çıxarılması olacaq.

Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Ötən həftə Səbail Rayon Məhkəməsi onun barəsində seçilmiş qərarın daha 4 ay uzadılması barədə qərar verib.

Ramiz Mehdiyev 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031