xebermen.az

Ukrayna müharibəsi ilə bağlı növbəti danışıqların yeri və vaxtı bəlli oldu

20-02-2026, 15:13

 

Ukrayna müharibəsi ilə bağlı yeni danışıqlar gələn həftənin əvvəlində baş tuta bilər.

Bu barədə TASS-a mənbələr məlumat sızdırıb.

Mənbə bildirib ki, danışıqlar gələn həftənin əvvəlində Cenevrədə davam edə bilər.

Lakin mənbə danışıqların Rusiya, Ukrayna və Amerika nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli formatda davam edib-etməyəcəyini dəqiq deməyib.

Qeyd edək ki, 17-18 fevral tarixlərində Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında Ukrayna müharibəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar keçirilib. Qərb mediasının məlumatına görə, siyasi işçi qrupundakı müzakirələr Rusiya danışıqlar qrupunun rəhbəri Vladimir Medinskinin təqdim etdiyi mövqelərə görə "dayandırılıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930