xebermen.az

Cey Di Vens İlham Əliyevə və Paşinyana təşəkkür edib

19-02-2026, 20:45

 

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana sülhün təşviqində liderliklərinə və tərəfdaşlıqlarına görə təşəkkürünü bildirib.

Planetinfo.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda Sülh Şurasının ilk iclasında çıxışı zamanı qeyd edib.

"Tərəfdaşlığınıza görə minnətdarıq və xüsusilə də ötən həftə görüşdüyüm Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Baş nazirinə bunu mümkün etdiyiniz və əsl liderliyin nələrə nail ola biləcəyini göstərdiyiniz üçün hamınıza təşəkkür edirik", - o deyib.

Vens vurğulayıb ki, Sülh Şurasının əsas məqsədi əldə edilən razılaşmaların davamlılığını təmin etməkdir.

"Əsas məsələ Sülh Şurasının işidir - sülhün davamlı olmasını təmin etməkdir. Bu, hamınızın əldə etdiyi inanılmaz bir nailiyyətdir. Bu gün burada toplaşan, gələcəyə, sülhə sərmayə qoyan bütün liderlərə minnətdarlığımızı bildiririk", - o, qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930