xebermen.az

Bircə nəfər şiə oldu, o da yapon deyildi: İranın "şiə Yaponiya" layihəsi necə iflas olub?

16-02-2026, 14:07

 

Regional təsir qazanmaq üçün məzhəb siyasəti yürüdən Tehran administrasiyasının "şiələşdirilmiş Yaponiya" layihəsi uğursuzluqla nəticələnib.

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sabiq sədri Heşmətullah Fəlahətpişə açıqlama verib.

O, son altı ildə təbliğ üçün milyonlarla dollar xərclədiklərini, lakin bir dənə də olsun yaponiyalını inandıra bilmədiklərini etiraf edib.

"Biz Yaponiyaya getdik. Bütün ölkəni şiə İslamına çevirmək üçün bir neçə milyon dollarlıq büdcəmiz var idi. Altı il ərzində yalnız bir nəfəri dinini dəyişməyə inandıra bildik ki, həmin şəxs heç yapon da deyildi", - deyə o qeyd edib.

Sosial mediada istifadəçilər məsələyə "İranın Yaponiyanı dəyişdirmək arzusu Yapon texnologiyasından daha tez puç oldu" şərhini veriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930