xebermen.az

Polşa 4 gündən sonra bu Konvensiyadan çıxır: Rusiyanın hücumuna hazırlıq başladı

16-02-2026, 14:06

 

Fevralın 20-də Polşa piyada əleyhinə minaların istifadəsini, saxlanmasını, istehsalını və ötürülməsini qadağan edən Ottava Konvensiyasından çıxacaq.

Məlumatı Polşa Radiosu yayıb.

Qeyd olunur ki, belə bir qərar Polşanın müdafiəsini gücləndirəcək.

"İşğalın əvvəlində ukraynalılar sərhəddə təxminən üç milyon piyada əleyhinə mina istifadə ediblər ki, bu da Rusiyanın irəliləməsini xeyli gecikdirib. Sadəcə olaraq, bu minalara ehtiyac olduğu ortaya çıxıb. Hər hansı bir müharibə baş verərsə, piyada əleyhinə minaların Polşa ərazisində peyda olacağı aydın idi. Yeganə sual onların Rusiya, yoxsa öz minaları olacağı idi.", - deyə Polşa Parlamentinin Milli Müdafiə Komissiyasının sədr müavini İoanna Klyuzik-Rostkovskaya bildirib.

Buna baxmayaraq, o, piyada əleyhinə minaların harada saxlanıldığı barədə danışmaq üçün hələ tez olduğunu söyləyib. Əlavə edib ki, düzgün personal təlimi də olduqca vacibdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930