xebermen.az

NATO ölkələri Rusiya qazının alışını artırdı

13-02-2026, 22:33

 

Ötən ilin dekabr ayında Avropa İttifaqı 407 milyon avro dəyərində Rusiya qazını alıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Macarıstan Rusiyadan 199 milyon avro, Yunanıstan 76 milyon avro, Bolqarıstan isə 72 milyon avro dəyərində qaz alıb.

Ümumilikdə, Avropa İttifaqı 2025-ci ildə Rusiyanın nəql elədiyi qaz üçün 5,8 milyard avro ödəyib.

Dəyər baxımından ötən illə müqayisədə Macarıstan alışını 8,2 faiz artıraraq 2,8 milyard avro xərcləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930