xebermen.az

Fırıldaqçıların yeni oyunu - Bu təkliflərə aldanmayın

6-02-2026, 20:19

 

Rusiyada fırıldaqçılar saxta veb saytlarda onlayn alış-verişlər üçün keşbek təklif etməyə başlayıblar.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevral ayında vətəndaşlar keşbek haqqında kütləvi təkliflər almağa başlayıblar və onlar dərhal aktivləşdirməyə çağırılıblar.

Vətəndaşlara göndərilən linkdə isə istifadəçi adı, şifrələri və SMS vasitəsilə göndərilən birdəfəlik kodu daxil etmək tələb olunur. Bu məlumat dərhal fırıldaqçılara ötürülür və bu da onlara bank hesablarına daxil olmağa imkan verir.

Nazirlik mesajlaşma tətbiqlərindən keçidlərə klikləməməyi və bank xidmətlərindən yalnız rəsmi tətbiqlər və ya təsdiqlənmiş veb saytlar vasitəsilə istifadə etməyi tövsiyə edir. Vətəndaşlara həmçinin gözlənilməz endirimlər və ödəniş təkliflərinə qarşı diqqətli olmaları tövsiyə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930