xebermen.az

Əliyevin Pezeşkiana zənginin şifrələri - Bakı hansı mesajı verir?

1-02-2026, 13:15

 

Prezident İlham Əliyev Pezeşkiana zəngində yaranmış gərginlikdən narahatlığını bildirdi və Azərbaycanın vasitəçilik təklifini təqdim etdi. Bu telefon zəngi İran ətrafında hərbi ssenarinin reallığını əks etdirən məqamlardan biridir. Və bu vəziyyət Bakını narahat edir.

Birincisi, İranda mümkün müharibə regionda Azərbaycana da təsir edə bilər, bu baxımdan, Bakı gərginliyin aradan qaldırılmasında maraqlıdır. Azərbaycanın qarşıdurma tərəfləri arasında vasitəçilik imkanları böyükdür.

İkincisi, İranda hərbi qarşıdurmada Azərbaycanın hədəf kimi göstərilməsi cəhdləri var: Bayramov Əraqçıya Azərbaycanın "platforma" olmayacağını izah etdi, ardınca Prezidentin iranlı həmkarına zəngi Bakıya qarşı kampaniya fonunda əhəmiyyətlidir.

Əliyevin zəngini Pezeşkiana dəstək kimi də oxumaq olar. ABŞ-la qarşıdurmada mümkün ssenarilərdən biri (zəif ehtimal olsa da) teokratik rejimin arxa fona keçməsi, idarəçilikdə Prezident Administrasiyasının önə çıxmasıdir. Bu halda İran daxilindəki qrupların mübarizəsi perspektivləri yaranır. Və belə bir ssenaridə Bakının dəstəyi azərbaycanlı Pezeşkianın mövqeyini gücləndirəcək, eyni zamanda, ABŞ başda olmaqla xarici oyunçuların rəyinə təsir edə biləcək amilidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930