xebermen.az

Xərçəng kimlərdən yan keçir? - Professor açıqladı

31-01-2026, 11:34

 

Professor Yevgeni İmyanitov uzunömürlü insanlarda xərçəngə niyə daha az rast gəlindiyini izah edib.

Həkim xərçəngin əsas səbəbinin həyat tərzi olduğunu bildirib.

"Bu gün xərçəng hallarının 5%-i irsi şiş sindromları kimi təsnif edilir. Bu, mənim ixtisasımdır və mən bu barədə əminliklə danışa bilərəm. Əksər şişlər irsi deyil; səbəb təəssüf ki, həyat tərzidir. Lakin tamamilə sağlam həyat tərzi sürmək çox vaxt əlçatmaz bir məqsəddir", - deyə ekspert bildirib.

Həkim qeyd edib ki, xərçəngə genetik meylliliyi olmayan şəxs sağlam həyat tərzi sürmürsə, bu xəstəliyə tutulma ehtimalı var. Ancaq həm genetik baxımdan şanslı, həm də sağlam həyat tərzi sürənlər uzunömürlü olurlar, xərçəng də onlardan adətən yan keçir.

"Lakin diaqnoz hər şey deyil. Məsələn, 80 yaşına qədər yaşayan hər bir kişi prostat biopsiyası etdirsəydi, müasir tibbi baxımdan prostat xərçəngi morfoloji cəhətdən aşkarlanardı. Lakin əksər hallarda heç bir simptom göstərmir. Yüz yaşa çatanların çoxunda xərçəng əlamətləri müşahidə edilmir", - deyə professor diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930