xebermen.az

Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının konfransı keçiriləcək

31-01-2026, 11:31

 

Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək.

Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiya üzvlərinin növbəti yığıncağında deyib.

Kollegiya sədri bildirib ki, son 3 il ərzində Vəkillər Kollegiyasının beynəlxalq sahədə də bir sıra uğurları olub:

"Kollegiyanın nümayəndələri son 3 il ərzində 50-dən çox beynəlxalq tədbirdə iştirak ediblər. Görülən işlərin davamı kimi Kollegiyamız daha 2 yeni beynəlxalq nüfuzlu təşkilata - Avropa Gənc Vəkillər Assosiasiyasına (EYBA) və Avropa Vəkillər Kollegiyaları Federasiyasına (FBE) üzv qəbul edilib.

Cari ildə Kollegiyanın təşkilatçılığı ilə Avropa Gənc Vəkillər Assosiasiyasının növbəti Ümumi Yığıncağı və eyni zamanda Payız Konfransı Bakıda keçiriləcək. Tədbirdə 100-dən çox əcnəbi vəkil iştirak edəcək" .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031