xebermen.az

Türkiyə Yunanıstanı şərqdən qərbə viran qoyacaq - Afinanın "Tayfun" qorxusu

28-01-2026, 12:25

 

Yunanıstanın "Newsbeast" xəbər portalı Türkiyənin yeni hazırlanmış ballistik raketi olan "Tayfun" barədə araşdırma dərc edib.

Məqalədə "Tayfun"un bütün Yunanıstanı əhatə edən bir mənzilə çatmaq qabiliyyətinin Afina üçün ciddi strateji maneə yaratdığı vurğulanıb.

"Qonşu ölkə tərəfindən hazırlanmış bu yeni nəsil silah sisteminin mənzilinin 2500 kilometrə çatması Yunanıstanın hazırkı çəkindirmə doktrinasının köklü şəkildə yenidən qiymətləndirilməsini zəruri edir. Çünki Türkiyə müharibə vəziyyətində bundan bizə qarşı istifadə etsə, raket Yunanıstanı şərqdən qərbə viran qoyacaq", - məqalədə qeyd olunub.

Məlumata görə, Türkiyə regionda güc balansını dəyişdirmək məqsədinə uyğun olaraq "Tayfun" ballistik raketinin daha inkişaf etmiş yeni versiyasını hazırlayıb və uğurla sınaqdan keçirib. Vurğulanıb ki, bu inkişaf Türkiyə müdafiə sənayesi üçün dönüş nöqtəsidir.

Nəşr yazıb ki, Türkiyənin daxili ərazilərindəki hədəfləri vurmaq qabiliyyətinə yiyələnmək Yunanıstan üçün kritik bir maneə yarada bilər. Əks halda, Yunanıstan “daimi strateji girov” vəziyyətinə düşə bilər və yüksək intensivlikli böhranda manevr imkanları ciddi şəkildə məhdudlaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930