xebermen.az

Erməni kilsəsi Türkiyəni Avropa Məhkəməsi ilə qorxudur: Bu iqamətgahı istəyir

27-01-2026, 21:33

 

Kilikiya Böyük Evinin Katolikosluğu, Sis şəhərindəki iqamətgahının geri qaytarılması üçün Türkiyəyə qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə hazırdır. 

Bu barədə katolikosluğun rəsmi xəbər xidməti olan “Kilikiya TV” məlumat yayıb.

Türkiyə Respublikasına qarşı iddia 2015-ci ildə, saxta erməni “soyqırımı”nın ildönümündə başlanıb. İllər ərzində iş Türkiyədəki bütün məhkəmələrdə araşdırılıb, lakin iddia ardıcıl olaraq rədd edilib. İş hazırda Türkiyə Kassasiya Məhkəməsindədir. İş yenidən rədd edilərsə, Katolikosluq onu AİHM-ə göndərmək niyyətindədir.

Erməni Apostol Kilsəsinin bir hissəsi olan Kilikiya Böyük Evinin Katolikosluğu iddia edir ki, 13-cü əsrin sonlarından Sisdə yerləşib.

Katolikosluq bir neçə əsr ərzində orada qalmış və 1921-ci ildə, şəhəri tərk etmişdir. Katolikosluğun hazırda qərargahı Livanın Antelias şəhərində yerləşir. Onun yurisdiksiyasına Livan, Suriya, İran, Kipr və ABŞ da daxil olmaqla, erməni diasporu ölkələrindəki erməni yeparxiyaları daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930