xebermen.az

Baş nazir ELAN ETDİ - Bu məqsədlə Təxirəsalınmaz Tədbirlər Planı hazırlanacaq

27-01-2026, 21:31

 

Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi nəticəsində sahilə yaxın ərazilərdə üzə çıxmış metal konstruksiyaların kənarlaşdırılmasını nəzərdə tutan təxirəsalınmaz tədbirləri əhatə edən Tədbirlər Planının hazırlanması tapşırılıb.

Bu barədə Nazirlər Kabinetində Baş nazirin sədrliyi ilə keçirilən iclasda məlumat verilib.

Tədbirlər Planına həmçinin hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələri və müxtəlif tullantıların, eləcə də ətraf ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi daxildir.

Qeyd edək ki, iclas "Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv edilmiş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, habelə batmış və yarımbatmış gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025–2030-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası, həmçinin Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930