xebermen.az

İrana gedən azərbaycanlıların sayı niyə artıb? - MÜƏMMA

27-01-2026, 10:17

 

Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb. Qeyd edilib ki, 2024-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 2 milyon 109,9 min nəfər olub. Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 20,4 faiz, İrana gedənlərin sayı 9,2 faiz artıb, Rusiyaya gedənlərin sayı 31,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,6 faiz azalıb. Azərbaycan vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 14,5 faizi Rusiyaya, 10,7 faizi Gürcüstana, 9,7 faizi İrana, 23,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,5 faizi kişi, 36,5 faizi isə qadındır.


Deputat Ceyhun Məmmədov Musavat.com-a müsahibəsində açıqlanan rəqəmlərin ciddi rəqəmlər olduğunu diqqətə çatdırıb.


Onun sözlərinə görə, bu gün təyyarə vasitəsilə İrana səfər edənlər çoxdur:


“Vətəndaşların bir qismi Gürcüstana, oradan da Türkiyə vasitəsilə İrana səfər etməyə davam edirlər. Səfər edənlər arasında müalicə üçün gedənlər azlıq təşkil edir. Əvvəlki illərlə müqayisədə sırf müalicə məqsədilə İrana gedənlərin sayı o qədər də çox deyil. Hesab edirəm ki, statistikada Kərbəla ziyarətinə gedənlər üstünlük təşkil edir. Quru sərhədlər bağlı olsa da, İrana ziyarətə gedənlərin bir qismi səyahəti öz hesabına, bir qismi isə müəyyən xeyriyyə təşkilatlarının vasitəsilə həyata keçirir. Fikrimcə, statistika ciddi təhlil olunmalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930