xebermen.az

Türkiyə-Azərbaycan sərhədində ciddi nüvə təhdidi - AES dərhal bağlanmalıdır

26-01-2026, 18:38

 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) mətbuat katibi, İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı bəyanat yayıb.


O, "Əlican" sərhəd keçid məntəqəsinin açılmasını dəstəklədiklərini, lakin "Metsamor" Atom Elektrik Stansiyasının (AES) mövcudluğunun qəbuledilməz olduğunu vurğulayıb.


Onun sözlərinə görə, adıçəkilən stansiya Azərbaycan sərhədinə 16 kilometr məsafədə, Türkiyənin İğdır vilayətinin yaxınlığında və aktiv zəlzələ zonasında yerləşir:


"Bu, təhlükənin nə qədər yaxın olduğunu açıq şəkildə göstərir. 1976-cı il texnologiyası ilə tikilmiş və keçmişdə zədələnmiş, köhnəlmiş nüvə qurğusunun dəfələrlə zəlzələlərin baş verdiyi bir bölgədə fəaliyyətdə saxlanılması elmə, ağıla və insanlığa sığmır. "Metsamor" Türkiyə, Azərbaycan və bütün Qafqaz üçün ciddi nüvə təhdididir".


İSTAD sədri qeyd edib ki, "Əlican" sərhəd keçid məntəqəsi sülh və əməkdaşlığın simvolu ola bilər, lakin nüvə təhdidini görməzdən gəlməklə sülh qurula bilməz.


O hesab edir ki, "Metsamor" Atom Elektrik Stansiyası dərhal və birdəfəlik bağlanmalıdır: "Beynəlxalq ictimaiyyəti, ətraf mühit təşkilatlarını, elm adamlarını və bütün səlahiyyətliləri məsuliyyəti öz üzərlərinə götürməyə səsləyirəm. Radiasiyanın pasportu yoxdur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930