Ərdoğan Pezeşkianla İrandakı vəziyyəti müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı həyata keçirilib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.
Ərdoğan İranı narahat edən hadisələri yaxından izlədiklərini bildirib və Türkiyənin İranın sülh və sabitliyinə böyük önəm verdiyini vurğulayıb.
O, Türkiyənin İran üzərinə xarici müdaxilə ssenarilərini hər zaman rədd etdiyini ifadə edib.
Türkiyə lideri, qarşılıqlı problemlərin dialoq yolu ilə həllinin və bölgədə gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin də maraqlarına uyğun olduğunu qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: