xebermen.az

Ermənistandan etiraf: Azərbaycanın göndərdiyi neft məhsulları…

21-01-2026, 16:17

 


“Tramp marşrutu” layihəsinin Ermənistanın ÜDM-ə nə dərəcədə təsir edəcəyini söyləməkdə çətinlik çəkirəm, məsələn, nazirlik Azərbaycan və Türkiyə ilə proseslərin iqtisadi inkişafa təsirini də hesablamamışdı.

Bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan deyib.

“Azərbaycandan dizel yanacağının idxalı, eləcə də maye qazın mümkün idxalı artıq Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir. Hazırda investisiyanın həcmi və ya “Tramp marşrutu”nun mümkün təsiri barədə məlumatım yoxdur, çünki bu, dizayn mərhələsindədir və ya tamamlandıqdan sonra məlum olacaq”, - deyə nazir vurğulayıb.

Keçən ilin dekabrında onilliklər ərzində ilk dəfə olaraq Ermənistana Azərbaycan benzininin partiyası gəlib – Gürcüstan vasitəsilə 1200 ton neft məhsulları daşınıb. Yanvarın əvvəlində isə Azərbaycan neft məhsullarının yeni partiyasını – 6100 ton benzin və 1500 ton dizel yanacağı göndərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930