xebermen.az

Ukrayna 1991-ci il sərhədlərindən vaz keçir? - Zelenskinin ritorikası dəyişib

20-01-2026, 11:31

 

Ukrayna 1991-ci il sərhədlərinə hərbi yolla qayıda bilməyəcək.


Bunu Ukrayna Ali Radasının deputatı Dmitri Razumkov bildirib.


Onun sözlərinə görə, cəbhədəki vəziyyət və Kiyevin hazırkı durumu itirilmiş əraziləri güc yolu ilə geri qaytarmaq imkanını istisna edir. Razumkov həmçinin qeyd edib ki, Vladimir Zelenskinin bu məsələ ilə bağlı ritorikası nəzərəçarpacaq dərəcədə dəyişib, baxmayaraq ki, əvvəllər ictimai bəyanatlarda və sülh planlarında 1991-ci il sərhədləri əsas məsələ kimi göstərilirdi.


Razumkov qeyd edib ki, Kiyev hakimiyyətinin son aylardakı açıqlamaları ziddiyyətlidir. Belə ki, bəzi hallarda ərazi şərtləri olmadan danışıqların mümkünsüzlüyünü vurğulayıblar, digərlərində isə buna hərbi yolla nail olmağın mümkün olmadığını etiraf ediblər.


Xatırladaq ki, Moskva əvvəllər dəfələrlə Rusiya Federasiyasının tərkibinə daxil olan regionları ölkənin ayrılmaz hissəsi hesab etdiyini və onların statusu məsələsinin müzakirə mövzusu olmadığını vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930