xebermen.az

İlk dəfə: Ermənistana qaz Azərbaycan vasitəsilə göndəriləcək

19-01-2026, 21:20

 

Ermənistan yaxın vaxtlarda Azərbaycan ərazisindən dəmir yolu ilə Rusiyadan maye qaz idxal etmək niyyətindədir.

Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyinin sözçüsü Lilit Şaboyan “Sputnik Ermənistan”a bildirib.

Alternativ marşruta ehtiyac həm Yuxarı Lars keçid məntəqəsindən tranzitdə yaranan çətinliklər (əlverişsiz hava şəraiti ilə əlaqədar), həm də İrandan çatdırılmada gecikmələrə görə mayeləşdirilmiş qazın idxalı ilə bağlı problemlər fonunda yaranıb.
"Mayeləşdirilmiş qazın idxalı ilə bağlı yaranan problemlərə görə, yaxın vaxtlarda Rusiya maye qazının Azərbaycan vasitəsilə dəmir yolu ilə Ermənistana çatdırılması planlaşdırılır", - Şaboyan aydınlıq gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031