xebermen.az

Moskvadan İranla bağlı şok bəyanat: Bunu əsla qəbul etmirik

16-01-2026, 10:14

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İranla bağlı bəyanat yayıb.


Zaxarova Rusiyanın regionda milli suverenliyi gücləndirməyə və müdafiə qabiliyyətlərini inkişaf etdirməyə davam edəcəklərini bəyan edib.


O, ABŞ-ın İranla ticarət edən ölkələrə tarifləri 25 faizə qaldırmaq qərarına münasibət bildirib: "Rusiya suveren dövlətlərə qarşı tətbiq edilən birtərəfli, qanunsuz sanksiyaları beynəlxalq hüququn pozulması hesab edir və tanımır".


Sözçü, Rusiya və İranın enerji də daxil olmaqla müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlığa sadiq qaldığını vurğulayıb: "Biz bütün ölkələrlə ticarət əlaqələrini üçüncü ölkədən gələn təhdidlərə deyil, milli maraqlarımıza əsaslanaraq inkişaf etdirməyi hədəfləyirik".


Zaxarova iddia edib ki, ABŞ da daxil olmaqla Qərb ölkələri İrandakı rejimi dəyişdirmək üçün hər vasitədən istifadə etməyə çalışırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930