xebermen.az

Putindən böyük dəstək gəldi: Türkiyə üçün yeni dövr başlayır

15-01-2026, 21:30

 

Rusiyanın "Rosatom" şirkətinin baş meneceri Aleksey Lixaçev Türkiyənin Mersin şəhərində tikilməkdə olan Akkuyu Atom Elektrik Stansiyası (AES) layihəsi ilə bağlı mühüm açıqlamalar verib.

 "Rossiya-24"ə danışan Lixaçev, bu il Türkiyədə nüvə enerjisinin tətbiqi üçün əllərindən gələni edəcəklərini bildirib.

O, bütün çətinliklərə və sərt iqtisadi şərtlərə baxmayaraq, "Rosatom"un öz missiyasını tam yerinə yetirdiyini qeyd edib: "Bu prosesdə Rusiya prezidenti Vladimir Putindən çox güclü dəstək aldıq. Hökumət və Mərkəzi Bank işin planlaşdırıldığı kimi davam etməsini təmin etmək üçün hər cür addım atdı. Bu qərarlar bizi təkcə ruhlandırmadı, həm də konkret fəaliyyət sahələri təmin etdi. Bu il Türkiyədə nüvə enerjisinin tətbiqi üçün hər şeyi edəcəyik".

Lixaçev həmçinin, 21-ci əsrin "elektrik əsri" olacağını və elektrik enerjisi istehsalının davamlı və əlverişli olmasının vacibliyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031