xebermen.az

Yeni NATO yaradılır, hədəf isə yalnız Təl-Əviv deyil

15-01-2026, 14:26

 

İsrailin "i24NEWS" kanalında çıxış edən Türkiyə üzrə ekspert Hay Eytan Koen Yanarocak Türkiyənin Yaxın Şərqdə oyun qaydalarını yenidən yazmaq üçün strateji addım atdığını bildirib.

 Yanarocak Ankaranın Yaxın Şərqdə İsrailə qarşı güc balansını dəyişdirəcək yeni ittifaqın astanasında olduğunu irəli sürüb.

Onun sözlərinə görə, Ankaranın İsrail, Yunanıstan və Kipr Rum Administrasiyasına qarşı regional güc balansında dominantlığını artırmaq bu məqsədinin sübutudur: "Türkiyə bu üç ölkə arasında inkişaf edən strateji yaxınlaşmanı özünə qarşı regional təhlükə kimi qəbul edib. Buna görə də Ankara İsraili də əhatə edən bu əməkdaşlığa qarşı balanslaşdırılmış hərbi struktur yaratmaq istəyir".

Yanarocak bildirib ki, Türkiyənin hədəflədiyi struktur adi bir əməkdaşlıq yox, bir növ "İslam NATO"su deməkdir:

"Türkiyə illərdir, xüsusən də Suriya arenasında təhlükəsiz əməkdaşlıq modelləri inkişaf etdirməyə çalışır. Gələcəkdə bu quruluşa Suriya, Livan, İordaniya və hətta Misir daxil edilə bilər. Lakin İsrail bu planlaşdırılan ittifaqın mərkəzində olmasına baxmayaraq, Təl-Əviv yeganə hədəf deyil. Birləşmiş Ərəb Əmirlikləri də bu potensial ittifaqdan ehtiyatlı olmalıdır. Ər-Riyad və Əbu-Dabi arasındakı son gərginlik bu mənzərəni gücləndirib".

Ekspert bu quruluşu “yarı-taktiki, yarı-strateji” adlandırıb. O qeyd edib ki, ittifaq beynəlxalq hüquqa əsasən legitim olacaq, ABŞ isə bunun qarşısını almaq üçün çox məhdud vasitələrə malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930