xebermen.az

Azərbaycan benzini Ermənistan bazarını silkələdi

15-01-2026, 10:34

 

Son günlər Ermənistanda benzin qiymətlərində ciddi eniş müşahidə olunur. Yerli bazarda baş verən bu dəyişikliklərin əsas səbəbi kimi Azərbaycan mənşəli benzinin idxalı göstərilir.


Ölkədə fəaliyyət göstərən iri yanacaqdoldurma məntəqələri arasında "Sputnik Ermənistan" tərəfindən sorğu keçirilərək qiymətlərin niyə aşağı düşdüyü araşdırılıb. Məlum olub ki, Azərbaycan benzininin satışından imtina edən bəzi yanacaqdoldurma məntəqələri belə, ümumi bazar təzyiqi fonunda qiymətləri azaltmağa məcbur qalıb.


Hazırda Ermənistana yeni daxil olmuş benzin partiyası Ran Oil və Gulf Armenia yanacaqdoldurma şəbəkələrində satılır. Bu şəbəkələr hakim partiyadan olan deputat Xaçatur Sukiasyana məxsusdur. Digər məntəqələrlə müqayisədə burada qiymətlər xeyli aşağıdır: premium sinif benzin 1 litr üçün 430 drama (təxminən 1 ABŞ dollarından bir qədər çox) təklif olunur.


Qeyd olunur ki, ümumilikdə bazarda qiymətlər 20–30 faiz aşağı düşsə də, Azərbaycan benzininin satıldığı məntəqələrdə eniş daha nəzərəçarpandır.


İqtisadçı Qaqik Makaryan baş verənləri klassik dempinq kimi qiymətləndirmir. Onun sözlərinə görə, Azərbaycan idxalı bazara “kritik qiymət siyasəti” gətirib və bu, rəqabəti kəskinləşdirərək ümumi ucuzlaşmanı şərtləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930