xebermen.az

İranda təhlükəsizlik qüvvələri niyə etirazçıların gözlərinə atəş açır? - ŞOK SƏBƏB

15-01-2026, 10:33

 

İranda təhlükəsizlik qüvvələri etirazçılara qəsdən baş və göz nahiyəsindən atəş açır. Məqsəd nümayişçiləri şikəst və kor etməkdir.


Bu barədə “The Guardian” qəzeti həkimlərə istinadən məlumat yayıb.


Tehrandakı xəstəxanalardan birində oftalmoloq 400-dən çox göz yaralanması qeydə alıb. Bir çox zərərçəkən ömürlük görmə qabiliyyətini itirib, bəzi hallarda gözlərin çıxarılması zəruri olub.


Xəstəxanalar doludur, dərman və qan çatışmazlığı var, yaralılar bəzən küçələrdə müalicə olunur. Həkimlər bildirir ki, təhlükəsizlik qüvvələri vaxtaşırı xəstəxanalara girərək yaralı etirazçıları aparır.
Hüquq müdafiəçiləri gözlərə və cinsi orqanlara atəş açılmasını qorxu yaratmağa yönəlmiş planlı taktika kimi qiymətləndirir. İnternetin demək olar ki, tam bloklanması səbəbindən baş verənlərin yalnız kiçik bir hissəsi dünyaya çatır.


Bu fonda İranın ədliyyə naziri küçələrdə olan hər kəsin “cinayətkar” sayıldığını bildirib. Eyni zamanda, İsrail və ABŞ mümkün risklər fonunda qabaqlayıcı tədbirlər görür.


Diplomatik mənbələrin məlumatına görə, Türkiyə İran və ABŞ arasında dialoqu bərpa etməyə çalışsa da, danışıqlar çox ləng gedir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031