xebermen.az

İran İsraillə gizli danışıqlar aparır: vasitəçi görün hansı ölkədir - Şok detallar

15-01-2026, 10:33

 

İran və İsrail nümayəndə heyətləri dolayı danışıqlar aparır. Rusiya vasitəçi kimi çıxış edir.


Bu barədə "The Washington Post" qəzeti rəsmilərə və diplomatlara istinadən məlumat yayıb.


Bildirilib ki, ölkələr mesaj mübadiləsi aparırlar.


Məlumata görə, dolayı danışıqlar dekabrın sonlarında başlayıb. Həmin vaxt İranın xarici işlər naziri Abbas Əraqçi Moskvadan qayıdıb. Daha sonra Rusiya Tehranla Qüds arasındakı dialoqda vasitəçi olub.


Məqalədə deyilir: "Dekabr ayında İranda etirazlar başladıqdan sonra İsrail rəsmiləri Rusiya vasitəsilə İran hakimiyyətinə İsrailə ilk hücum edilmədiyi təqdirdə İrana hücum etməyəcəklərini bildiriblər. İran Rusiya kanalları vasitəsilə də qabaqlayıcı zərbə endirməyəcəyini bildirib".


Qeyd edək ki, yanvarın 15-i gecəsi İran hava məkanını İraqdan gələn uçuşlar üçün bağlayıb. Hazırda hava məkanı təyyarələr üçün əlçatmaz olaraq qalır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930