xebermen.az

ABŞ İranda ölən etirazçıların sayını açıqladı - ŞOK RƏQƏMLƏR

14-01-2026, 10:45

 

İranda baş verən etiraz aksiyaları zamanı 12 000-dən çox insanın həlak ola biləcəyi bildirilir.


Bu barədə ABŞ-ın nüfuzlu "CBS News" telekanalı mənbələrə və fəallara istinadla məlumat yayıb.


Qeyd olunub ki, ölənlərin sayı ən azı 12 000, bəzi qiymətləndirmələrə görə isə 20 000-ə qədər çata bilər.


Jurnalistlərin məlumatına görə, bu rəqəmlər ölkə üzrə həkimlərdən məlumat toplayan fəalların verdiyi informasiyalara əsaslanır. Bununla yanaşı, telekanal vurğulayıb ki, rabitə məhdudiyyətləri fonunda real itkilərin sayını dəqiq müəyyənləşdirmək və təsdiqləmək çətindir.


Xatırladaq ki, dekabrın sonlarında İranda milli valyutanın dəyərdən düşməsi fonunda etirazlar başlayıb. Aksiyalar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, o cümlədən gözyaşardıcı qaz və pnevmatik silahların tətbiqi ilə müşayiət olunur. Etirazlar 25 vilayətin 60-dan çox şəhərini əhatə edir. Ən iri aksiyalar Tehranda keçirilir, ən sərt toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində – Malekşahi, Kermanşah və Lordegan şəhərlərində qeydə alınır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031