xebermen.az

Rusiyadan Trampa şok çağırış: Bayraqda artıq ulduz olmayacaq, bizə birləşirlər

13-01-2026, 10:07

 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampı Qrenlandiya məsələsində “tələsməyə” çağırıb və adada Rusiyaya birləşmə ilə bağlı “təcili referendum” keçirilə biləcəyi barədə iddia irəli sürüb.


Medvedev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


O, yazıb ki, təsdiqlənməmiş məlumatlara görə, yaxın günlərdə Qrenlandiyada gözlənilməz referendum keçirilə bilər və adanın 55 min sakini Rusiyaya birləşmək üçün səs verə bilər.


“Amma Tramp tələsməlidir. Təsdiqlənməmiş məlumatlara görə, bir neçə gün ərzində gözlənilməz referendum keçirilə bilər və bu referendumda 55 min Qrenlandiya sakini Rusiyaya birləşmək üçün səs verə bilər. Vəssalam! Bayraqda artıq ulduz olmayacaq. Rusiyanın yeni bir federal subyekti olacaq, onun 90-cı subyekti”, - deyə Medvedev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930