xebermen.az

İstanbulda şiddətli qara görə məktəblər bağlandı

12-01-2026, 10:05

 

İstanbulda gözlənilən güclü qar və əlverişsiz hava şəraiti səbəbindən təhsilə birgünlük ara verilib.

Qərara əsasən, yanvarın 12-də şəhər üzrə heç bir təhsil müəssisəsində əyani təhsil olmayacaq.

Qəbul edilən qərar dövlət və özəl məktəbləri, eləcə də dövlət təhsil mərkəzləri, ali təhsil müəssisələri, özəl repetitorluq mərkəzləri, sürücülük məktəbləri, müxtəlif özəl kurslar, xüsusi təhsil və reabilitasiya mərkəzlərinə şamil edilib.

Həmçinin, dövlət müəssisələrində və təşkilatlarında çalışan veteranlar, əlillər, hamilə qadınlar və 8 yaşınadək uşağı olan qadın işçilərə də eyni tarixdə inzibati məzuniyyət veriləcək.

Bununla belə, səhiyyə xidmətlərində, təhlükəsizlik bölmələrində və qar təmizləmə qruplarında çalışan işçilər iş başında olacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031