xebermen.az

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

29-06-2025, 22:14

 

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.


Xüsusilə uşaqlı qadınlar üçün bu dövr həm fiziki, həm də emosional rahatlıq baxımından xüsusi ilə əhəmiyyətlidir.


Maraqlıdır, azyaşlı və ya bir neçə uşağı olan qadınların məzuniyyət hüquqları digər işçilərlə müqayisədə fərqlidirmi? Yəni onlara əlavə tətil günləri verilirmi?


Mövzu ilə bağlı danışan "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, iki və daha artıq uşağı, eləcə də uşağı əlil olan qadınlara əsas məzuniyyətlə yanaşı əlavə əmək məzuniyyəti də verilir:


"İki və daha artıq uşağı olan qadınlara, eləcə də uşağı əlil olan qadınlara əmək məzuniyyətinə əlavə olaraq 5 gün əlavə məzuniyyət verilir. Bu, məhz əmək məzuniyyəti çərçivəsində təqdim olunur.


Yəni belə qadınların əsas məzuniyyətinə əlavə olaraq, bu hallardan biri mövcuddursa, onlar 5 gün əlavə məzuniyyət almaq hüququna malikdirlər. Bundan başqa əlavə məzuniyyət hüququ da varsa, o da bunun üstünə gəlir". 


Sahib Məmmədov qeyd edib ki, həmçinin, əmək və ya sığorta stajına əsasən verilən əlavə məzuniyyət günləri də bu müddətə əlavə olunur:


"Məsələn, əmək stajına və yaxud sığorta stajına görə məzuniyyət verilir. Əgər əmək stajı 5 ildən 10 ilə qədərdirsə, 2 gün, 10 ildən 15 ilə qədərdirsə, 4 gün, 15 ildən çox olduqda isə 6 gün əlavə məzuniyyət təqdim edilir". 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930