xebermen.az

İran mediası işini bərpa etdi

9-01-2026, 10:53

 

İranın əsas media orqanları ölkə daxilində etirazlar fonunda yaranan fasilədən sonra materialların dərcini bərpa edib.


IRNA, ISNA, "Nour News", "Mehr" və digər agentliklər bir neçə saat ərzində "Telegram" səhifələrini yeniləməyiblər. Onların veb saytları hələ də işləmir .


Bakı vaxtı ilə təxminən saat 4:45 radələrində xəbərlərin dərci bərpa olunub. Bu radələrdə "Telegram"da ilk paylaşım edilib. Lakin üç xəbərdən yalnız biri İrandakı vəziyyətə həsr olunub - ölkənin hava məkanının açıq olduğu və uçuşların davam etdiyi bildirilib.


İranın bir neçə şəhərində keçirilən yürüşlərin çoxsaylı şəkilləri və videoları sosial mediada yayılmağa başladığı üçün paylaşımda fasilə yaranıb.


8 yanvar axşamı ölkə miqyasında internet xidməti dayandırılıb, stasionar telefon xidməti kəsilib. "NetBlocks" hesab edir ki, bu, hökumətin 28 dekabrda başlayan etirazlarla mübarizə tədbirlərindən biri idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930