xebermen.az

Türkiyə bu halda Ukraynaya qoşun göndərəcək

8-01-2026, 20:59

 

Türkiyə sülhməramlı kontingentinin Ukraynaya yerləşdirilməsi yalnız atəşkəs əldə edildiyi təqdirdə mümkündür.

Türkiyə Müdafiə Nazirliyi yerləşmə üçün bu şərti irəli sürüb.

Qeyd olunur ki, Ankara daimi atəşkəsə nail olmağa yönəlmiş istənilən konstruktiv təşəbbüslərdə iştirak etməyə hazırdır, lakin qoşunların "könüllülər koalisiyası"nın bir hissəsi kimi yerləşdirilməsi yalnız Ukraynada atəşkəs olduqda və hər bir iştirakçı üçün aydın missiya müəyyən edildikdə mümkündür.

"Ölkəmiz Rusiya ilə Ukrayna arasındakı müharibədə daimi atəşkəs üçün istənilən konstruktiv təşəbbüsə töhfə verməyə hazırdır. Bu baxımdan, biz "könüllülər koalisiyası"nın fəaliyyətində fəal iştirak edirik. Türkiyə sülhməramlı qüvvələrinin tərkibində Ukraynaya qoşun göndərməzdən əvvəl ilk növbədə atəşkəsi təmin etmək, sonra dəqiq missiya müəyyənləşdirmək və hər bir ölkənin töhfə verəcəyi miqyası müəyyən etmək lazımdır", - deyə nazirliyin bəyanatında vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930