xebermen.az

II Qareginin devrilməsi üçün İrəvanda yürüş başladı: Paşinyan rəhbərlik edir

6-01-2026, 15:51

 


Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi yürüş İrəvanda başlayıb.

Hökumət başçısının özünün "dini yürüş" adlandırdığı tədbir, Ermənistan rəhbərliyinin qatıldığı Surb Qriqor Lusavoriç (Müqəddəs Maarifçi Qriqori) Katedralında Milad ayinindən sonra başlayıb. Paşinyanı həyat yoldaşı Anna Akopyan da müşayiət edir.

Yürüşdə baş nazirlə yanaşı, Milad ayinində iştirak edən rəsmilər də iştirak edir. Onlara hakim “Mülki Müqavilə” Partiyasının digər üzvləri də qoşulub. Yürüş iştirakçıları “Surb Anna” (Müqəddəs Anna) kilsəsinə gedir.

Yanvarın 4-də Ermənistanın Baş naziri Nikol Paşinyan 10 üsyankar yepiskopla Erməni Apostol Kilsəsinin "təkmilləşdirilməsi üçün yol xəritəsi"ni imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031